Bank Of Baku

Britaniya şirkəti “Caspian Energy” media qrupunun səhmlərinin ¼-ni alır

Britaniya şirkəti “Caspian Energy” media qrupunun səhmlərinin ¼-ni alır
# 01 aprel 2011 11:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA. Britaniyanın «Caspian Energy Group» (CEG) şirkəti beynəlxalq media qrup olan «Caspian «Energy»nin səhmlərinin 24%-ni almağı planlaşdırır. Bu barədə APA-ya Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubundan (CEİBC) məlumat verilib.

«Caspian Energy News»un məlumatına görə, bu barədə daha geniş informasiya bu gün axşam Londonda keçiriləcək mətbuat konfransında açıqlanacaq.

Qeyd edək ki, «Caspian Energy» Beynəlxalq Media Qrupu Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun dəstəyi ilə 1999-cu ildən fəaliyyət göstərir. Dünyanın 50 ölkəsində fəaliyyət göstərən qrup 5 nəşr, ingilis və rus dillərində 2 xəbər lenti ilə təmsil olunur. CEG 2008-ci ildə OMV və RWE şirkətləri tərəfindən təsis edilib. Şirkət Xəzər regionundan qazın Avropaya nəqli imkanlarının öyrənilməsi ilə maraqlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR