Bank Of Baku

Mətbuat Şurası İctimai Palatanın aksiyasını izləyən jurnalistlərin təzyiqlə üzləşmədiyini bildirib

Mətbuat Şurası İctimai Palatanın aksiyasını izləyən jurnalistlərin təzyiqlə üzləşmədiyini bildirib
# 02 aprel 2011 14:30 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Mətbuat Şurasının (MŞ) Monitorinq qrupu İctimai Palataya daxil olan partiyaların Bakıda keçirtdikləri icazəsiz aksiya zamanı jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirməsinin monitorinqini aparıblar. Bu barədə APA-ya MŞ-nın icraçı katibi Rəhim Hüseynzadə məlumat verib.

R. Hüseynzadənin sözlərinə görə, monitorinq ölkədə söz və mətbuat azadlığının təminatından irəli gələn imtiyazların reallaşdırılması istiqamətində media təmsilçilərinə yaradılan şəraiti müşahidə etmək məqsədi daşıyıb.

Mətbuat Şurası, inzibati orqanlar, media qurumları təmsilçilərinin daxil olduğu qrup aksiya zamanı heç bir təzyiqlə qarşılaşmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR