Bank Of Baku

Əflatun Amaşov «Azadlıq» qəzetinin əməkdaşı ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib

Əflatun Amaşov «Azadlıq» qəzetinin əməkdaşı ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib
# 05 aprel 2011 15:03 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov «Azadlıq» qəzetinin əməkdaşı Ramin Cəbrayılzadə (Ramin Deko) ilə bağlı insidentlə əlaqədar bu nəşrin redaksiyasında olub. MŞ-dən APA-ya verilən məlumata görə, qəzetin rəhbərliyi ilə görüş keçirən Şura sədri son günlər «Azadlıq»ın əməkdaşları ilə bağlı hadisələrin ölkədə söz və mətbuat azadlığına dair vəziyyətə təsir göstərə biləcəyini vurğulayıb: «Buna görə də olayın kimlər tərəfindən həyata keçirilməsindən asılı olmayaraq günahkarların müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi vacibdir. Mətbuat Şurası Seymur Həziyevlə də əlaqədar Daxili İşlər Nazirliyinə müraciət ünvanladı. Müraciət əsasında Ramil Usubovla görüşdük. Nazir məsələnin dərindən araşdırılması məqsədilə xüsusi tapşırıq verdi. Ramin Deko ilə bağlı da müvafiq instasiyalara müraciət ünvanlayacağıq».
Ə.Amaşov rəhbərlik etdiyi qurumun hər iki olayla əlaqədar araşdırmaları diqqət mərkəzində saxlayacağını bildirib.

Qeyd olunub ki, MŞ «Azadlıq» qəzetinin əməkdaşı R.Cəbrayılzadə ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, Ramin Deko ilə əlaqədar insident son on gündə jurnalistlərlə bağlı qeydə alınan növbəti xoşagəlməz hadisədir: “Bu cür olayların təkrarlanması onda hansısa qüvvələrin maraqlı olduqları ehtimalını atrırır və bunun digər jurnalistlərlə də baş verəcəyinə dair narahatçılıq yaradır”. Məktubda nazir R.Usubovdan Ramin Deko ilə bağlı insidentin də dərindən araşdırılmasını diqqətdə saxlamaq, günahkarların layiqli cəzalarını almalarına kömək göstərmək xahiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR