Bank Of Baku

Azərbaycan və İran mətbuatı arasında əlaqələrin genişləndirilməsi yolları müzakirə olunub

Azərbaycan və İran mətbuatı arasında əlaqələrin genişləndirilməsi yolları müzakirə olunub
# 05 aprel 2011 16:14 (UTC +04:00)
MŞ_dan APA-ya verilən məlumata görə, Şura sədri Azərbaycan-İran münasibətlərinin tarixi köklərinə nəzər salıb. O, müasir şəraitdə hər iki dövlət arasında əlaqələrin möhkəmləndirilməsində medianın yeri və rolundan söhbət açaraq MŞ yarandıqdan sonra qurumun mövcud istiqamətdə həyata keçirdiyi tədbirlərdən danışıb. Bu sırada 6 il əvvəl Azərbaycan və İran jurnalistlərinin dostluq qrupunun təşkilinə, hər iki ölkənin media təmsilçilərinin qarşılıqlı səfərlərinin reallaşdırılması faktlarına diqqəti çəkən Ə. Amaşov belə müsbət hallara bəzi kütləvi informasiya vasitələrində xələl gətirmə meyllərinin olmasını yolverilməz sayıb.

Öz növbəsində, Ə. Ə. Cəvanfekr qeyd edib ki, tale hər iki ölkəni qonşu kimi bir yerdə yaşamağa məhkum edib. Azərbaycanın uğurlarını İranın uğurları kimi dəyərləndirən müşavir ölkələrin potensialından səmərəli istifadə imkanlarının daha da yaxşılaşdırılmasının zəruriliyini deyib.

Tərəflər Azərbaycan və İran KİV-i arasında əlaqələrin genişləndirilməsi yolları ətrafında fikir mübadilələri aparıblar. Jurnalistlərin qarşılıqlı səfərlərinin, region ölkələrini əhatə edəcək forumların, konfransların təşkilinə, Azərbaycan, fars, türk dillərində xəbərlər bülleteninin buraxılması və sair məsələlərə dair təkliflər səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR