Bank Of Baku

Əflatun Amaşov Dehlidə beynəlxalq konfransda iştirak edəcək

Əflatun Amaşov  Dehlidə beynəlxalq konfransda iştirak edəcək
# 06 aprel 2011 13:18 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov aprelin 28-29-da Hindistanın paytaxtı Dehli şəhərində keçiriləcək “Söz azadlığı və insan hüquqları” mövzusunda beynəlxalq konfransda iştirak edəcək. MŞ-dən APA-ya verilən məlumata görə, Dünya Mətbuat Şuraları Assosiasiyasının və Hindistan Mətbuat Şurasının təşkilatçılığı ilə düzənlənəcək mötəbər tədbirə müxtəlif ölkələrin mətbuat şuralarının rəhbərləri, tanınmış media mütəxəssisləri qatılacaq. Konfransda dünyada söz və mətbuat azadlığının mövcud durumu, insan hüquqlarının təminatı ilə bağlı məsələlərin kütləvi informasiya vasitələrində işıqlandırılması vəziyyəti, eni zamanda, yeni medianın inkişaf perspektivləri ilə bağlı məruzələri dinləniləcək, mövzu ətrafında müzakirələr, fikir mübadilələri aparılacaq. Konfransda mətbuat şuraları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanlarına da nəzər salınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR