Bank Of Baku

İran prezidentinin müşaviri Azərbaycanın bir sıra informasiya agentliklərinin rəhbərləri ilə görüşüb

İran prezidentinin müşaviri Azərbaycanın bir sıra informasiya agentliklərinin rəhbərləri ilə görüşüb
# 06 aprel 2011 13:17 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdə İran-Azərbaycan münasibətləri, iki ölkənin media qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub, bu əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulanıb.

Əli Əkbər Cəvanfekri ölkəsinin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini, iki ölkə arasında əlaqələrin güclənməsində medianın mühüm rolu olduğunu qeyd edib. İranın yürütdüyü siyasət haqqında danışan müşavir Tehranın həm bölgədə, həm də bütün dünyada sülh və əmin-amanlığın tərəfdarı olduğunu deyib: “Biz hər zaman sülhün, tərəqqinin, insanların dinc yaşamasının, əmin-amanlığın tərəfdarı olmuşuq. Lakin Amerika və onun müttəfiqləri bunun əksini istəyirlər. Onların əməlləri hər kəsin gözü qarşısındadır. Yaxın Şərq və Şimali Afrikada baş verənlər də ABŞ və sionizmin ssenarisinin tərkib hissəsidir”.

Daha sonra Azərbaycanın agentlik rəhbərləri təmsil etdikləri qurumların fəaliyyəti, Azərbaycanda medianın durumu barədə qonağa məlumat veriblər.

Ə. Ə. Cəvanfekri də Azərbaycan mediası barədə fikirlərini bölüşüb. O, Azərbaycanda medianın normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradıldığını, mətbuatın inkişaf etdiyini söyləyib. Azərbaycanın uğurlarını İranın uğurları saydığını deyən qonaq bu uğurların əldə olunmasında medianın da böyük rolu olduğunu vurğulayıb.

Görüşdə qarşılıq maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Tədbirdə APA-nın baş direktorunun 1-ci müavini Nurşən Quliyev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR