Bank Of Baku

Mətbuat Şurası aksiya cəhdi zamanı KİV təmsilçiləri ilə bağlı hər hansı insidentin qeydə alınmadığını müəyyənləşdirib

Mətbuat Şurası aksiya cəhdi zamanı KİV təmsilçiləri ilə bağlı hər hansı insidentin qeydə alınmadığını müəyyənləşdirib
# 17 aprel 2011 16:35 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) monitorinq qrupu İctimai Palatanın bu günə «Sahil» bağında təyin edilmiş razılaşdırılmamış aksiyasında jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinə yaradılan şəraitin monitorinqini aparıb. MŞ-dan APA-ya daxil olan məlumata görə, monitorinq zamanı prosesi işıqlandıran kütləvi informasiya vasitələri təmsilçiləri ilə bağlı hər hansı insidentin qeydə alınmadığı müəyyənləşdirilib.

Aksiyanı işıqlandıran media nümayəndələrinin əksəriyyəti üzərində «PRESS» yazılmış xüsusi gödəkcələrdə olublar. Bu, onların fərqlənmələrinə imkan verib. Monitorinq qrupu bəzi jurnalistlərin prosesə xüsusi geyimlərdə qatılmamalarına dair hallar da aşkarlayıb və müvafiq tövsiyələrini verib.

Aksiyada Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən akkreditasiyadan keçməyən iki İsveç jurnalisti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq məsələnin araşdırılması üçün Dövlət Miqrasiya Xidmətinə aparılıb. Mətbuat Şurası xarici ölkələrdən olan media nümayəndələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanında akkreditasiya olunmalarının vacibliyini bildirərək, onlara buna əməl etməyi tövsiyə edir.

Mətbuat Şurası həmçinin kütləvi aksiyaları, xüsusən də icazəsiz xarakter daşıyan mitinqləri işıqlandıran bütün jurnalistlərdən prosesə üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə qatılmalarını xahiş edir.

Qeyd edək ki, Mətbuat Şurasının monitorinq qrupunun tərkibinə Şura ilə yanaşı hüquq-mühafizə orqanlarının əməkdaşları da daxildirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR