Bank Of Baku

“APA-Group”un rəhbəri Vüsalə Mahirqızı “Stratfor” Özəl Elmi Korporasiyasının icraçı direktoru Corc Fridmanla görüşüb - FOTO

“APA-Group”un rəhbəri Vüsalə Mahirqızı “Stratfor” Özəl Elmi Korporasiyasının icraçı direktoru Corc Fridmanla görüşüb - <font color=red>FOTO</font>
# 19 aprel 2011 17:14 (UTC +04:00)
APA-nın məlumatına görə, C. Fridman Azərbaycana budəfəki səfəri, keçirdiyi görüşlər barədə danışıb. Qonaq Azərbaycanda və regionda vəziyyət, geosiyasi durum, KİV və digər qurumlarla əməkdaşlıq məsələlərinə də toxunub. APA-nın Azərbaycanda “Stratfor”un əsas tərəfdaşı olduğunu vurğulayan C. Fridman bu əməkdaşlığın səmərəli nəticələr verdiyini qeyd edib, əlaqələrin genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Öz növbəsində, V. Mahirqızı ölkədəki ictimai-siyasi durum, KİV-in vəziyyəti, son proseslər haqqında fikirlərini bölüşüb. O da APA-nın “Stratfior”la faydalı əməkdaşlıq etdiyini, bu əməkdaşlığın daha da gücləndirilməsinə ehtiyac olduğunu deyib.

Müzakirələrin nəticəsi olaraq, qarşılıqlı təcrübə mübadiləsi barədə razılığa gəlinib. Bundan başqa, əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.

Qeyd edək ki, APA ilə “Stratfior” arasında əməkdaşlıq sazişi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR