Bank Of Baku

Aleksandr Lukaşenkonun Ukrayna rəhbərliyini qotur adlandırması Kiyevin narazılığına səbəb olub

Aleksandr Lukaşenkonun Ukrayna rəhbərliyini qotur adlandırması Kiyevin narazılığına səbəb olub
# 27 aprel 2011 12:53 (UTC +04:00)
APA-nın “Kommersant-Ukraina”ya istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Belarusdakı səfiri Roman Bezsmertnı deyib. O bildirib ki, istənilən bəyanat, üstəlik bu cür şəxsi çıxışlar qarşılıqlı münasibətlərin inkişafına təsir göstərir: “Siyasətdə və ikitərəfli münasibətlərin qiymətləndirilməsində emosiyalara yer yoxdur”.

Səfir Ukraynanın A. Lukaşenkonu dəfələrlə Çernobıl faciəsinin 25-ci ildönümü tədbirlərinə (26 aprel) dəvət etdiyini söyləyib: “Belarus tərəfi son ana qədər bizə cavab vermədi. Yalnız həftənin birinci günü axşam biz Aleksandr Lukaşenkonun mətbuat katibinin bəyanatından öyrəndik ki, o, gəlməyəcək”.

Qeyd edək ki, Belarus prezidenti A. Lukaşenko aprelin 26-da keçirilən Çernobıl tədbirlərində iştirak etməməsinin səbəbini Ukrayna rəhbərliyində axtarmaq lazım olduğunu bəyan edib. O, jurnalistlərlə söhbətində bu sualı Viktor Yanukoviçə ünvanlamağı məsləhət görüb və Ukraynanın indiki rəhbərliyini bitli, qotur (rusca - “vşivıy”) adlandırıb: “Mən heç kimin, hansısa prezidentin züy tutanı olmağa hazırlaşmıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR