Ötən il dünyada 102 jurnalist öldürülüb

Ötən il dünyada 102 jurnalist öldürülüb
# 03 may 2011 00:53 (UTC +04:00)
Bakı-APA. 2010-cu ildə dünyada 102 jurnalist qətlə yetirilib. Bu 2009-cu ilin göstəricisindən 8 nəfər azdır. Məlumatları Beynəlxalq Mətbuat İnstitutu dərc edib.

Jurnalistlər üçün ən təhlükəli bölgə Asiyadır. Ötən il orada 40 nəfər mətbuat işçisi öldürülüb.

Daha 32 jurnalist Latın Amerikası ölkələrində, 15 nəfər mərkəzi və cənubi Afrikada, 8 nəfər Yaxın Şərq və Şimali Afrikada həlak olublar. Avropa da jurnalistlər üçün təhlükəsiz deyil: ötən il burada 7 jurnalist qətlə yetirilib.

Ölkələr arasında ən təhlükəlisi Pakistandır. Bu ölkədə 2010-cu ildə 16 jurnalist öldürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR