Bank Of Baku

Azərbaycan paytaxtında jurnalistlər üçün inşa olunacaq yaşayış binasının təməli mayın sonunadək qoyulacaq

Azərbaycan paytaxtında jurnalistlər üçün inşa olunacaq yaşayış binasının təməli mayın sonunadək qoyulacaq
# 03 may 2011 10:53 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib.

Artıq binanın layihəsinin qiymətləndirilməsi və rəy alınması üçün Fövqəladə Hallar Nazirliyinə təqdim olunduğunu deyən V. Səfərlinin sözlərinə görə, Bibiheybət qəsəbəsində yerləşəcək bina 2 bloklu, 18 mərtəbəli olacaq. Binanın zirzəmisində avtomobil dayanacağı, birinci mərtəbəsində isə xidmət sahələri (market, aptek və s.) nəzərdə tutulur.

«Hesab edirəm ki, bina 2 ilə hazır olacaq. Mənzillərin hansı prosedur əsasında jurnalistlərə veriləcəyi tikintinin yekunlaşmasına 6 ay qalmış bəlli olacaq», - deyə Fond rəhbəri vurğulayıb.

V. Səfərlinin sözlərinə görə mənzillə təmin olunacaq jurnalistlərin seçim kriteriyaları KİV vasitəsi ilə elan olunacaq.

Fond rəhbəri onu da əlavə edib ki, prezidentin sərəncamında mənzillərin mətbuatda çalışan jurnalistlər üçün inşası göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR