Bank Of Baku

Əflatun Amaşov: “İndiyədək keçirilən aksiyalarda Mətbuat Şurasına jurnalistlərin hüquqlarının pozulması ilə bağlı şikayətlər daxil olmayıb”

Əflatun Amaşov: “İndiyədək keçirilən aksiyalarda Mətbuat Şurasına jurnalistlərin hüquqlarının pozulması ilə bağlı şikayətlər daxil olmayıb”
# 03 may 2011 11:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Mətbuat Şurası Bakı şəhərində keçirilən aksiyalarda iştirak edən jurnalistlərin fəaliyyətini yenə monitorinq edəcək. APA-nın məlumatına görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Ə.Amaşovun sözlərinə görə, indiyədək keçirilən aksiyalarda Mətbuat Şurasına jurnalistlərin hüquqlarının pozulması ilə bağlı şikayətlər daxil olmayıb: «Bir neçə hadisə baş verib. Amma həmin məqamlarda jurnalistlər gödəkcələrdə olmayıb. Növbəti aksiyalarda da Şuranın monitorinq qrupu hadisə yerində olacaq. Biz çalışacağıq ki jurnalistlərin hüquqlarını qoruyaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR