Bank Of Baku

“Diffamasiya haqqında” qanun layihəsinin ilk müzakirəsi keçiriləcək

“Diffamasiya haqqında” qanun layihəsinin ilk müzakirəsi keçiriləcək
# 03 may 2011 11:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Mayın 5-də Azərbaycan Mətbuat Şurasında ATƏT-lə birgə hazırlanmış “Diffamasiya haqqında” qanun layihəsinin ilk müzakirəsi keçiriləcək. APA-nın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O, mayın 11-də ATƏT-lə birlikdə bu mövzuda Bakıda beynəlxalq konfrans keçirəcəklərini açıqlayıb: “Həmin konfransda diffamasiya ilə bağlı məsələlər müzakirə olunacaq. Konfransdan sonra qanun layihəsini parlamentə təqdim edəcəyik. İnanıram ki, bu ilin sonuna qədər Azərbaycanda “Diffamasiya haqqında” qanun qəbul olunacaq”.

Şura sədri hazırda bir jurnalistin – Eynulla Fətullayevin həbsdə olduğunu xatırladıb. Bununla bağlı Mətbuat Şurası Əfv Komissiyasına və digər qurumlara müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR