Bank Of Baku

AzTV-nin baş redaktoru mükafata layiq görülüb

AzTV-nin baş redaktoru mükafata layiq görülüb
# 05 may 2011 12:52 (UTC +04:00)
Bakı-APA. Mədəniyyət və Turizm Nazirliyi, «Bakılı» Beynəlxalq Mədəniyyət Cəmiyyəti, «Humay» Milli Mükafatı Akademiyasının təşkilatçılığı ilə «Humay» mükafatının təqdimetmə mərasimi keçirilib. Televiziya nominasiyası üzrə «Humay» mükafatı AzTV-nin ictimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru İbrahim Məmmədova təqdim edilib. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İ. Məmmədov bu mükafata «Sovet İmperiyasının gizlinləri. Qriqoryanın işi» adlı 3 hissəli sənədli filmə görə layiq görülüb. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC isə xüsusi diplomla təltif edilib.

Qeyd edək ki, 3 saat 15 dəqiqəlik film cinayət işləri və arxiv sənədləri əsasında 1988-ci ildə Sumqayıt şəhərində baş vermiş talanların Ermənistanın millətçi dairələri, Mixail Qorbaçov və yaxın ətrafı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən hazırlanmış təxribat olduğunu sübut edir. Prezident Administrasiyasının, Milli Təhlükəsizlik Nazirliyinin, Respublika Prokurorluğunun dəstəyi ilə ərsəyə gəlmiş filmin çəkilişləri Sumqayıt, Bakı və Moskvada aparılıb, bədii təsvir elementlərindən istifadə edilib. Hazırda filmin ingilis və rus dilində versiyaları hazırlanır. Filmin ssenari müəllifi və aparıcısı İbrahim Məmmədov, rejissoru Pərviz İsgəndərov, operatorları Cavid Əliyev və Namiq Vəliyevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR