Bank Of Baku

Daxili işlər naziri Mətbuat Şurasına məktub göndərib

Daxili işlər naziri Mətbuat Şurasına məktub göndərib
# 06 may 2011 13:31 (UTC +04:00)
Bakı-APA. Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Şurasına (MŞ) məktub daxil olub. MŞ-dən APA-ya daxil olan məlumata görə, məktub «Azadlıq» qəzetinin əməkdaşı Seymur Həziyevin naməlum şəxslər tərəfindən fiziki təzyiqə məruz qalması barədə şikayəti ilə əlaqədardır. Daxili işlər naziri Ramil Usubovun imzaladığı məktubda qeyd olunub ki, şikayət cinayət-prosessual qanunvericiliyə uyğun olaraq Abşeron Rayon Prokurorluğuna göndərilib. Nazir eyni zamanda qeyd edib ki, S. Həziyevin Abşeron Rayon Polis Şöbəsinə müraciəti ilə bağlı araşdırma aparılaraq toplanmış materiallar üzrə 30 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə cinayət işi başlanıb. İşin istintaqı nəzarətə götürülüb, bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması üçün zəruri tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR