Bank Of Baku

KİV-ə Dövlət Dəstəyi Fondu “Azərbaycan media məkanında ədəbi dilin qorunması" mövzusunda layihə müsabiqəsinin qaliblərini elan edib

KİV-ə Dövlət Dəstəyi Fondu “Azərbaycan media məkanında ədəbi dilin qorunması" mövzusunda layihə müsabiqəsinin qaliblərini elan edib
# 06 may 2011 13:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fonddan APA-ya verilən məlumata görə, iclasda aprelin 25-də elan edilmiş “Azərbaycan media məkanında ədəbi dilin qorunması" mövzusunda layihə müsabiqəsi və regionlarda konfransların keçirilməsi müzakirə olunub. Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, 2 istiqamət üzrə elan edilmiş müsabiqəyə ümumilikdə 7 layihə təqdim edilib. Onlardan ikisi 1-ci istiqamət, beşi isə 2-ci istiqamət üzrə təqdim olunub. Müşahidə Şurasının üzvləri layihələrlə bağlı müzakirələr apararaq səsvermə yolu ilə qalibləri müəyyənləşdiriblər. Səsvermənin nəticəsi olaraq “Azərbaycan tele-radio məkanında ədəbi dilin qorunması” istiqaməti üzrə “Elektron Mediaya Yardım Fondu"nun layihəsi, “Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması” istiqaməti üzrə Azərbaycan Mətbuat Şurasının layihəsi qalib elan olunub.

Regionlarda konfransların keçirilməsi məsələsi də şuranın üzvləri arasında geniş müzakirə olunub və onlara 10 gün ərzində təklifləri hazırlayıb fonda təqdim etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR