Bank Of Baku

«Jurnalistlər üçün hüquqi terminlər lüğəti» çap olunub

«Jurnalistlər üçün hüquqi terminlər lüğəti» çap olunub
# 10 may 2011 12:39 (UTC +04:00)
Bakı – APA. «Jurnalistlər üçün hüquqi terminlər lüğəti» kitabının yeni nəşri çapdan çıxıb.
Mətbuat Şurasından APA-ya verilən məlumata görə, «Hüquq ədəbiyyatı» nəşriyyatında çapdan çıxmış kitab ilk dəfə 2005-ci ildə nəşr olunub. Kitabda əvvəlki nəşrdən fərqli olaraq daha çox hüquqi terminlərə rast gəlmək mümkündür. Burada həmçinin Azərbaycan media qanunvericiliyinə və hüquqi-normativ aktların media ilə bağlı hissələrinə də geniş yer verilib.

Qeyd edək ki, «Jurnalistlər üçün hüquqi terminlər lüğəti» Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Mətbuat Şurası və Azərbaycan Hüquqşünaslar Assosiasiyası tərəfindən hazırlanıb. Nəşrin kütləvi informasiya vasitələrinin redaksiyalarına və jurnalist birliklərinə pulsuz paylanması nəzərdə tutulur.

Mayın 12-də nəşrin təqdimatı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR