Bank Of Baku

ATƏT-in söz və mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Bakıda bir sıra görüşlər keçirib

ATƏT-in söz və mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Bakıda bir sıra görüşlər keçirib
# 10 may 2011 15:00 (UTC +04:00)
ATƏT-in Bakı Ofisinin mətbuat və ictimai informasiya departamentinin rəhbəri Rəşad Hüseynovun APA-ya verdiyi məlumata görə, Dunya Miyatoviç bu gün həbsdə olan Eynulla Fətullayevlə görüşüb. Bundan başqa ATƏT rəsmisi vətəndaş cəmiyyətinin üzvləri və Mətbuat Şurasının sədri Əflatun Amaşovla Azərbaycanda söz azadlığının durumu məsələsini müzakirə edib. Sabah Dunya Miyatoviş “Qanunvericilik islahatları ilə diffamasiyanın de-kriminallaşdırılması” mövzusunda konfransda iştirak edəcək. O, səfərin yekunlarına dair mayın 13-də mətbuat konfransı keçirməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR