ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycan Mətbuat Şurasında olub
MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbəri olduğu qurum yarandığı gündən ölkədə söz və mətbuat azadlığı ilə bağlı prosesləri diqqətdə saxlayır. “Şuranın əsas missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən, mövcud sahədə meydana çıxan çətinliklərin aradan qaldırılmasına kömək göstərməkdən ibarətdir. Başlıca fəaliyyətimiz cəmiyyət üzvlərinin KİV-lə bağlı şikayətlərini araşdırılmasından ibarətdir. Bununla yanaşı, medianın inkişafına yönələn təşəbbüslərlə çıxış edirik”, - deyə o vurğulayıb.
Diffamasiya ilə bağlı məsələnin müzakirəsində Ə.Amaşov bildirib ki, MŞ-nın məsələ ilə əlaqədar ATƏT-in Bakı ofisi ilə birgə layihəsi müsbət nəticələrini verməkdədir. O, layihənin ilk istiqamətinin uğurla yekunlaşdığını və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın təkmilləşdirildiyini diqqətə çatdırıb, diqqəti diffamasiya ilə bağlı qanun layihəsinin hazırlandığına yönəldib və bu istiqamətdəki müzakirələrə start verildiyini bildirib.
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi D.Miyatoviç Azərbaycanın ATƏT-lə əməkdaşlığında medianı önəmli faktor kimi önə çəkib. O, təmsil olunduğu qurumun ölkəmizdə söz və mətbuat azadlığına dair vəziyyəti daim diqqətdə saxladığını deyib. O, MŞ-nın ATƏT-in Bakı ofisi ilə birgə layihəsinin uğurlarına da toxunaraq diffamasiya ilə bağlı qanun layihəsi ilə tanış olduğunu bildirib: «Mən Sizə bu qanunun qəbulu üçün göstərdiyiniz səylərə görə təşəkkürümü bildirirəm. İyunda ATƏT-in Daimi Şurasının iclasında hesabatla çıxış edəcəm və bütün bunlar barədə məlumat verəcəm. Əlbəttə, həmin vaxtadək diffamasiya haqqında qanun qəbul edilsəydi, daha yaxşı olardı. Ümid edirəm ki, Azərbaycana növbəti gəlişimdə bu qanun artıq qəbul ediləcək».
Ə.Amaşov məlumat verib ki, diffamasiya ilə bağlı qanundan irəli gələrək Azərbaycanın bir çox qanunvericik aktlarına dəyişiklər labüddür və buna görə də məsələnin müxtəlif instansiyalarda daha ətraflı şəkildə müzakirəsinə ehtiyac duyulur.
Qeyd edək ki, görüşdə ATƏT-in Bakı ofisinin demokratiya şöbəsinin rəhbəri Jaklin Karpenter, MŞ sədrinin müavinləri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və digər şəxslər iştirak ediblər.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO