Bakıda “Qanunvericiliyə dəyişikliklər etmək yolu ilə diffamasiyanın dekriminalizasiyası” mövzusunda konfrans keçirilir - YENİLƏNİB - FOTOSESSİYA

Bakıda “Qanunvericiliyə dəyişikliklər etmək yolu ilə diffamasiyanın dekriminalizasiyası” mövzusunda konfrans keçirilir - <font color=red>YENİLƏNİB - FOTOSESSİYA</font>
# 11 may 2011 07:11 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransın açılış mərasimində çıxış edən ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib ki, media və fikir azadlığı ATƏT-in əsas prinsiplərindən biridir: “Bu gün biz Azərbaycan Mətbuat Şurası ilə birlikdə belə bir konfrans keçirməklə bu təşəbbüsə dəstək verməkdə şadıq”.

“ATƏT Azərbaycan hökumətinin diffamasiyanın dekriminallaşdırılması istiqamətində atdığı addımları alqışlayır və bu addımı yüksək qiymətləndirir”. Bu fikirləri konfransda çıxışı zamanı ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç söyləyib. O təəssüflə bildirib ki, ATƏT-ə üzv 56 ölkədə söz azadlığı sahəsində vəziyyət o qədər də ürəkaçan deyil: “Diffamasiyanın dekriminallaşdırılması tşəbbüsü Azərbaycanla əməkdaşlıq üçün gözəl nümunədir”.

Dunya Miyatoviç jurnalistlərə təzyiqlərin yolverilməz olduğunu vurğulayıb: “Jurnalistlər də digər peşə sahibləri kimi öz peşələrinə görə məsuliyyət daşımalıdır. Bəli, sözsüz ki, onlar peşəkar olmalıdırlar, amma jurnalistləri peşə fəaliyyətinə görə həbs etmək olmaz. Rəsmi şəxslər də jurnalistlərə qarşı tolerant münasibət bəsləməlidir. Hər bir ölkə unikaldır və bu kimi problemlərin həlli üçün zaman tələb olunur”.

ATƏT rəsmisi Eynulla Fətullayevin hələ də həbsdə olduğunu xatırladıb və dünən onunla görüşdüyünü bildirib: “Jurnalistlərin həbsə atılması təcrübəsinə mümkün qədər tez son qoymaq lazımdır”.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov isə çıxışında bildirib ki, son illər ərzində mediada daha plüralist atmosfer formalaşıb. Lakin onun sözlərinə görə, “Diffamasiya haqqında” qanunun qəbulu jurnalistləri məsuliyyətdən azad etməyəcək: “Elə jurnalistlər var ki, əvvəl yazır, sonra yazdıqları barədə düşünürlər. Bu qanunun qəbulu jurnalistlər və media strukturlarının üzərinə böyük məsuliyyət qoymuş olacaq. Kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin peşəkarlıq təcrübəsinin artırmaq çox vacibdir”.

Qeyd edək ki, konfransda Ombudsman Elmira Süleymanova, vətəndaş cəmiyyətinin, kütləvi informasiya vasitələrinin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq ekspertlər iştirak edirlər. Konfrans işini davam etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR