Bank Of Baku

Mətbuat Şurası reket jurnalistika ilə mübarizə aparmaq üçün qaydalar hazırlayır

Mətbuat Şurası reket jurnalistika ilə mübarizə aparmaq üçün qaydalar hazırlayır
# 12 may 2011 11:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Mətbuat Şurasının səy nəticəsində media orqanlarına qarşı məhkəməyə edilən şikayətlərin sayı üç dəfə azalıb”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə. Amaşov bildirib ki, Mətbuat Şurası reket jurnalistika ilə mübarizə aparmaq üçün qaydalar hazırlayır: “Şuraya hər gün bu istiqamətdə şikayətlər daxil olur. Elə qəzet var ki, onun barəsində ay ərzində 10-a qədər şikayət daxil olub. Şura bu şikayətləri araşdırır və müvafiq qərarlar verir. Sonda isə hüquq-mühafizə orqanlarına müraciət edilir”.

100-ə yaxın KİV-in adının qara siyahıda olduğunu söyləyən Ə. Amaşov, bəzi beynəlxalq qurumların Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı hesabatlarına da münasibətini açıqlayıb: “Dünyada söz və mətbuat azadlığının olmadığı ölkələr siyahılarda Azərbaycandan öndədir. Burada qərəz açıq bəlli olur. Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı fikirlər müxtəlifdir. Bu gün bəzi işlər görülsə də, problemlər qalmaqdadır. Əlbəttə ki, hələ bu sahədə kifayət qədər iş görülməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR