Bank Of Baku

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi MTRŞ sədri ilə görüşüb

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi MTRŞ sədri ilə görüşüb
# 12 may 2011 12:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ilə görüşüb. MTRŞ-dan APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanda televiziya və radio yayımı ilə əlaqədar qanunvericiliyin mövcud vəziyyəti, rəqəmsal yayıma keçidlə əlaqədar qarşıda duran vəzifələr, bununla əlaqədar qanunvericilikdə dəyişikliklərin edilməsi üçün birgə müzakirələrin aparılması ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin internet televiziyası barədə müzakirələr olub. Şura sədri internet televiziyasının tənzimlənməsi ilə bağlı hər hansı işlərin aparılmadığını qonağın diqqətinə çatdırıb, ATƏT təmsilçisi isə bununla bağlı müzakirələrin aparılmasının vacib olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR