Bank Of Baku

TQDK Azərbaycan mətbuatının yaradılmasının 136 illiyi münasibəti ilə müsabiqə elan edib

TQDK Azərbaycan mətbuatının yaradılmasının 136 illiyi münasibəti ilə müsabiqə elan edib
# 13 may 2011 11:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan mətbuatının yaradılmasının 136 illiyi münasibəti ilə müsabiqə elan edib. APA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib ki, 2011-2012-ci tədris ili üzrə ali və orta ixtisas məktəblərinə qəbul kampaniyasının gedişinə həsr olunan müsabiqə iki nominasiya üzrə keçiriləcək. “Ən yaxşı məqalə” nominasiyası üzrə ilk üç yerin (birinci yer - 800 manat, ikinci yer - 600 manat, üçüncü yer -400 manat), “Ən yaxşı televiziya, radio reportajı” nominasiya üzrə isə ilk iki yerin (birinci yer - 800 manat, ikinci yer -600 manat) qalibi mükafatlandırılacaq. Müsabiqəyə təqdim olunan təhlil xarakterli yazılara daha çox üstünlük veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR