Bank Of Baku

İsveçli telejurnalistər Lənkəranda olublar

İsveçli telejurnalistər Lənkəranda olublar
# 14 may 2011 16:37 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. İsveçdə fəaliyyət göstərən SVT İctimai Televiziya və Radio Yayım Şirkətinin əməkdaşları Hugo Lavett və Fabian Sturm Lənkəranda olublar.

APA-nın Cənub bürosunun məlumatına görə, “IREX-Azərbaycan” təşkilatının Lənkəran şəhərində yerləşən ofisində qonaqlarla bölgədə fəaliyyət göstərən jurnalistlərin görüşü keçirilib.

Görüşdə qonaqlar Azərbaycana səfər etməkdə məqsədin regional medianın vəziyyətini yaxından öyrənməkdən, bu sahədə təcrübə mübadiləsi aparmaqdan ibarət olduğunu bildiriblər. Gürcüstanda da səfərdə olduqlarını dilə gətirən xarici jurnalistlər azərbaycanlı həmkarları ilə medianın imkanları və problemləri barədə fikir mübadiləsi aparıblar.

Görüşdən sonra qonaqlar Lənkəranın füsunkar təbiəti ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR