Bank Of Baku

Azərbaycanda lisenziya müddəti başa çatmış telekanallar üçün yeni qaydalar hazırlanır

Azərbaycanda lisenziya müddəti başa çatmış telekanallar üçün yeni qaydalar hazırlanır
# 16 may 2011 13:20 (UTC +04:00)
Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, Azərbaycan Nazirlər Kabinetinin rəqəmsal yayıma keçidlə bağlı qərarına uyğun olaraq MTRŞ da öz üzərinə düşən işləri yerinə yetirməyə başlayıb: “2005-2006-cı illərdə teleradio yayımı üçün lisenziya almış telekanalların bu il lisenziya müddəti başa çatır. Televiziyalara yeni verilən lisenziyalar artıq rəqəmsal yayımla uyğunlaşdırılacaq”.

N. Məhərrəmlinin sözlərinə görə, MTRŞ tərəfindən rəqəmsal yayımla bağlı tezliklər planı hazırlanacaq, qanunvericilikdə bəzi dəyişikliklərin edilməsi ilə bağlı təkliflər veriləcək: “2011-ci ildə lisenziya müddəti bitmiş televiziyalara lisenziyalar yeni qaydalara uyğun veriləcək. İndiyə qədər bu qaydalar analoq yayıma uyğunlaşdırılmışdı, indi isə rəqəmsal yayıma uyğunlaşdırılmış qaydalar olacaq”.

Şura sədri deyib ki, lisenziya müddəti bitməmiş kanallar da fəaliyyətlərini rəqəmsal yayıma uyğunlaşdıracaq: “Bu proses yumşaq şəkildə həyata keçiriləcək. Elə bir ciddi problem olmayacaq. Rəqəmsal yayıma keçəndən sonra televiziyalarda çox şey dəyişəcək. Yayımın keyfiyyəti və imkanları indikindən qat-qat yaxşı olacaq. Həm də texniki xarakterli çoxlu dəyişiklik ediləcək. Tezliklərin çoxu boşalacaq. Ötürücülərin gücləri ilə bağlı daha optimal qiymətlər olacaq. Əvvəllər ötürücülər daha çox elektrik enerjisi istifadə edirdisə, indi daha az elektrik enerjisindən istifadə olunacaq, bu isə öz növbəsində qiymətlərə təsir göstərəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR