Bank Of Baku

Milli Televiziya və Radio Şurası Azərbaycan telekanallarında ədəbi dilin qorunması ilə bağlı monitorinqlərə başlayıb

Milli Televiziya və Radio Şurası Azərbaycan telekanallarında ədəbi dilin qorunması ilə bağlı monitorinqlərə başlayıb
# 16 may 2011 14:00 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Milli Televiziya və Radio Yayımı Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

O deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun iki professoru MTRŞ-nın texniki dəstəyi ilə monitorinqlər aparır. Monitorinqlər xəbərlər proqramlarında və tok-şoularda aparıcıların danışığı, dublyaj olunmuş filmlərdə Azərbaycan ədəbi dil qaydalarının qorunması istiqamətləri üzrə aparılır: “İki ay müddətində telekanallarda ədəbi dilin işlənmə vəziyyəti təhlil ediləcək. Əgər ehtiyac olarsa, monitorinqin müddəti uzadılacaq. Monitorinqin nəticələri MTRŞ-nın saytında yerləşdiriləcək və Şuranın ədəbi dilin qaydalarını pozan telekanallarla rəsmi iş aparması üçün əlimizdə əsas olacaq. Təbii ki, hansısa televiziya kanalının bağlanılmasından söhbət getmir. Amma “Dövlət dili haqqında” qanunun pozulması ilə bağlı nöqsanları aradan qaldırmağı telekanallardan tələb edə biləcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR