Bank Of Baku

Daxili İşlər Nazirliyi Mətbuat Şurasının müraciətinə cavab verib

Daxili İşlər Nazirliyi Mətbuat Şurasının müraciətinə cavab verib
# 16 may 2011 14:08 (UTC +04:00)
Bakı-APA. Mətbuat Şurasının «Azadlıq» qəzetinin müxbiri Ramin Cəbrayılzadə (Ramin Deko) ilə bağlı Daxili İşlər Nazirliyinə bu il aprelin 4-də ünvanladığı müraciət qurumun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən cavablandırılıb. Bu barədə APA-ya Mətbuat Şurasından bildirilib. İdarənin rəisi Mirqafar Seyidovun imzası ilə Şuraya daxil olan məktubda bildirilib ki, R. Dekoya fiziki təzyiqlə əlaqədar müvafiq araşdırmalar aparılıb və BMCMİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə cinayət işi başlanılıb.
Məktubda həmçinin aparılan istintaqın nəticəsi barədə şikayətçiyə əlavə məlumatın veriləcəyi də vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR