Bank Of Baku

MTRŞ sədri Avropa Şurasına üzv dövlətlərin teleradio yayımı üzrə tənzimləyici qurumlarının beynəlxalq təşkilatının illik toplantısında iştirak edəcək

MTRŞ sədri Avropa Şurasına üzv dövlətlərin teleradio yayımı üzrə tənzimləyici qurumlarının beynəlxalq təşkilatının illik toplantısında iştirak edəcək
# 16 may 2011 14:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli mayın 25-dən 28-dək Makedoniyada televiziya və radio yayımı üzrə Avropanın nüfuzlu "EPRA" (European Platform of Regulatory Authorities - Avropa Şurasına üzv dövlətlərin televiziya və radio yayımı üzrə tənzimləyici qurumlarının beynəlxalq təşkilatı) təşkilatının illik toplantısında iştirak edəcək. Bu barədə APA-ya açıqlamasında MTRŞ sədri özü məlumat verib. Toplantıda teleradio yayımı sahəsindəki mövcud problemlər, rəqəmsal yayıma keçid və internet televiziyaları ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, hazırda 42 Avropa dövlətindən 51 tənzimləyici orqan "EPRA" təşkilatının üzvüdür. MTRŞ isə 2007-ci ilin oktyabrın 24-dən "EPRA"da təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR