Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi APA-da olub

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi APA-da olub
# 17 may 2011 13:51 (UTC +04:00)
Bakı. Habil Süleymanov - APA. ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin “APA Group”un baş direktoru Vüsalə Mahirqızı ilə görüşüb. Qonağı salamlayan baş direktor amerikalı diplomata rəhbərlik etdiyi media qurumu haqqında məlumat verib və Azərbaycanda internet mediasının inkişaf perspektivləri barədə danışıb.

Azərbaycanda bu sahənin sürətlə inkişaf etdiyini deyən V. Mahirqızı, yaxın vaxtlarda ölkədə internet istifadəçilərin, xüsusən də “Facebook” və “Twitter” kimi sosial şəbəkə istifadəçilərinin sayının bir neçə dəfə artacağını güman etdiyini söyləyib. O bildirib ki, internet mediası insanlara digər media vasitələrinin vermədiyi sərbəstliyi verir. Azərbaycanda isə insanlar yalnız oxumağa və dinləməyə deyil, habelə fikir bildirməyə də üstünlük verirlər.

K. Bin də Azərbaycanda internetin sürətli inkişafının nəzərəçarpacaq bir tendensiya olduğunu vurğulayıb. O, internet mediasının qanunverici bazasının vəziyyəti, elektron medianın tənzimlənməsinin mümkünlüyü və digər məqamlarla maraqlanıb.

Daha sonra K. Bin “APA Group”un fəaliyyəti və yaradıcı kollektivi ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR