Bank Of Baku

İnternetdə Üsamə ben Ladenin audiomüraciəti yerləşdirilib

İnternetdə Üsamə ben Ladenin audiomüraciəti yerləşdirilib
# 19 may 2011 04:50 (UTC +04:00)
Bakı-APA. «Əl-Qaidə» terror şəbəkəsi bir sıra islamçı saytlarda Üsamə ben Ladenin audiomüraciətini yerləşdirib.

Öz sonuncu müraciətində ben Laden bir sıra ərəb ölkələrində son aylar baş verən çevriliş və nümayişləri dəstəkləyib. O həmçinin Misir və Tunisdə hakimiyyət dəyişikliyindən məmnunluğunu bildirib.

«Əl-Qaidə» beynəlxalq terror şəbəkəsinin lideri Üsamə ben Laden ABŞ xüsusi təyinatlıları tərəfindən mayın 2-də Pakistanın Abbotabad şəhərində məhv edilib. Onun cəsədi dənizə atılıb. Ben Laden 2001-ci il sentyabrın 11-də ABŞ-da həyata keçirilmiş terror aktlarının təşkilatçısı hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR