Bank Of Baku

Azərbaycanın Lənkəran rayonunda sakinlərə jurnalist vəsiqəsi verən şəxs barəsində polisə şikayət olunub

Azərbaycanın Lənkəran rayonunda sakinlərə jurnalist vəsiqəsi verən şəxs barəsində polisə şikayət olunub
# 19 may 2011 14:42 (UTC +04:00)
Bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) baş müstəntiqi Rövşən Rəşidov verib. Onun sözlərinə görə, şöbəyə daxil olan şikayət ərizəsində qeyd olunub ki, özünü “Müstəqil Press” Agentliyinin, “Mütəqil Press” ictimai-siyasi və hüquq qəzetinin Lənkəran üzrə nümayəndəsi kimi təqdim edən Astara rayonunun Vaqo kənd sakini, 1988-ci il təvəllüdlü Murad Seydəmir oğlu Babayev ayrı-ayrı vaxtlarda Lənkəran rayon sakinləri Rüstəm Mahir oğlu Cəfərovdan, Heydər Mircəlal oğlu Cəlalovdan, Ülvi Fərahim oğlu Həsənzadədən, Şənlik İdris oğlu Əlizadədən, Emil Yədulla oğlu Mirzəyevdən, Abbas Rafiq oğlu Şəkərovdan və digərlərindən müxtəlif məbləğdə pul alaraq onlara jurnalist vəsiqəsi verib. Eyni zamanda həmin şəxslərə adı çəkilən mətbuat orqanlarında müxtəlif vəzifələrə təyin ediləcəkləri barədə vəd verib. Bu şəxslər aldandıqlarını başa düşəndən sonra pullarını geri almaq üçün “Müstəqil Press”in baş direktoru Əziz Həbibbəylidən polisə şikayət etmək qərarına gəliblər.

Hazırda faktla bağlı Lənkəran ŞPŞ-də araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR