Bank Of Baku

Vüqar Səfərli: “Jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasimi texniki səbəblərdən başqa vaxta keçirilib”

Vüqar Səfərli: “Jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasimi texniki səbəblərdən başqa vaxta keçirilib”
# 24 may 2011 08:33 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərov verib. O bildirib ki, binanın may ayında təməlqoyma mərasiminin keçirilməsi bəzi texniki məsələlərin həll olunmaması səbəblərdən başqa vaxta keçirilib: “Bizdən asılı olmayan səbəblərdən təməlqoyma mərasimi yubanıb. Binanın inşası ilə bağlı sənədlərin ekspertizadan keçməsi məsələsində bir qədər gecikmə var. Yəqin ki, yaxın vaxtlarda ekspertizanın nəticələrini bizə təqdim edəcəklər. Bundan sonra isə podratçı təşkilatı müəyyənləşdirərək işə başlayacağıq. Fikrimcə, prosesin başlanmasına az vaxt qalıb”.

Mənzillərin verilməsi şərtləri haqda da danışan V. Səfərov bunun evin tikintisindən sonra tam müəyyənləşdiriləcəyini deyib: “İki il müddətinə evin tikintisini başa çatdırılması nəzərdə tutulub. Evləri jurnalistlərə tam təmirli şəkildə təhvil verəcəyik”. O, zamanı gəldikcə media vasitəsilə jurnalistlərə əlavə məlumatların veriləcəyini də qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR