Bank Of Baku

Vüqar Səfərli: “Son illər çap mediasına qarşı cəmiyyətdə bir soyuqluq yaranıb”

Vüqar Səfərli: “Son illər çap mediasına qarşı cəmiyyətdə bir soyuqluq yaranıb”
# 24 may 2011 08:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Son illər dörd mindən çox media orqanı dövlət qeydiyyatından keçib. Bu qəzetlərin əksəriyyətinin təsisçiləri qeyri-peşəkar insanlardır ki, onlar da media orqanı yaradaraq, qəzetləri hörmətdən salmaqla məşğuldurlar”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərov verib. Onun sözlərinə görə, media və cəmiyyət mövzusunda olan tədbirlərin silsilə şəklində keçirilməsi bu səbəbdən zəruridir: “Son illər mediaya qarşı bir soyuqluq var. Əsasən də çap mediasına qarşı cəmiyyətdə bir soyuqluq yaranıb. Bu da ölkə səviyyəli qəzetlərin tirajlarının aşağı düşməsinə və nüfuzunu itirməsinə gətirib çıxarır. Əlbəttə hesab edirik ki, burada cəmiyyəti də günahlandırmaq düzgün deyil”.

V. Səfərov qeyd edib ki, bu gün ölkə səviyyəli 50-60 qəzet mütəmadi nəşr olunur və normal fəaliyyət göstərir. Bunların 30-u gündəlik, qalanları isə həftəlikdir. 80-ə yaxın qəzet isə bölgələrdə nəşr olunur. Digər qəzetlər isə öz şəxsi mənafeləri güdmək məqsədilə fəaliyyət göstərir. Fondun icraçı direktoru bildirib ki, bu şəxslər insanları, idarə və müəssisələri şantaj etməklə qəzetlərini qoruyub saxlayırlar: “Bizim məqsədimiz də cəmiyyətin nümayəndələri ilə görüşlərdə bu məsələlərə aydınlıq gətirmək və mətbuatla ictimaiyyətin sıx əlaqəsini qurmaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR