Bank Of Baku

“Jurnalist azadlığının sərhədləri” adlı kitabçanın təqdimatı keçirilib

“Jurnalist azadlığının sərhədləri” adlı kitabçanın təqdimatı keçirilib
# 26 may 2011 13:30 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün “İREX-Azərbaycan” təşkilatının “Azərbaycanda yeni media” layihəsi çərçivəsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə çap olunan “Jurnalist azadlığının sərhədləri” adlı bröşürün təqdimatı keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Yayımların Monitorinq Mərkəzinin rəhbəri və nəşrin müəllifi Ələsgər Məmmədli bröşürün jurnalistlərin gündəlik fəaliyyətlərində istifadə olunması üçün nəzərdə tutulduğunu deyib: “Biz bu bröşürü kitab şəklində də dərc edə bilərdik. Lakin çalışdıq ki, daha rahat şəkildə istifadə olunan biləcək material hazırlayaq. Burada jurnalistlərin hüquq və azadlıqları əks olunub. Hər kəs buradakı məlumatlardan istifadə edə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR