Bank Of Baku

“Azərbaycanda demokratiya ənənələri: vətəndaş cəmiyyətin formallaşdırılmasında medianın rolu” mövzusunda konfrans keçirilib - FOTO

“Azərbaycanda demokratiya ənənələri: vətəndaş cəmiyyətin formallaşdırılmasında medianın rolu” mövzusunda konfrans keçirilib - <font color=red>FOTO  </font>
# 26 may 2011 16:06 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Nizami rayon İcra Hakimiyyətinin (İH) təşkilatçılığı ilə Nizami rayon İH-də “Azərbaycanda demokratiya ənənələri : vətəndaş cəmiyyətin formallaşdırılmasında medianın rolu” mövzusunda geniş konfrans keçirilib. Fonddan APA-ya verilən məlumata görə, tədbirdə qurumun icraçı direktoru Vüqar Səfərli, Nizami rayon İH-nin başçısı Tahir Budaqov , millət vəkilləri Rasim Musabəyov və Sədaqət Vəliyeva, 20-dək media rəhbəri , Nizami rayon ziyalıları, gənclər, tələbələr iştirak ediblər. Əvvəlcə konfrans iştirakçıları Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Konfransı giriş sözü ilə açan Nizami rayon İH başçısı
T. Budaqov konfransın vacibliyi haqqında söz açıb.
Vüqar Səfərli çıxışında Azərbaycan mətbuatına son illər göstərilən dövlət dəstəyinin artırılması, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, qəzetlərin maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində atılan addımlardan söz açıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda demokratiyanın yaranma tarixindən və onun inkişaf meyllərindən, həmçinin milli mətbuatımızın tarixi inkişaf yolundan bəhs edib. Tədbirdə iştirak edən millət vəkilləri Rasim Musabəyov və Sədaqət Vəliyeva da çıxış edərək belə görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Konfransda “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, “Olaylar” İnformasiya Agentliyinin direktoru Yunus Oğuz, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov, “APA” İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Respublika” qəzetinin baş redaktorun müavini Hümmət Musayev, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas rayon ictimaiyyətini və gəncləri maraqlandıran suallarını cavablandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR