Bank Of Baku

20 ildən sonra dünyada çap nəşrləri yox ola bilər

20 ildən sonra dünyada çap nəşrləri yox ola bilər
# 27 may 2011 12:05 (UTC +04:00)
Varşava. Nicat Mustafayev - APA-Economics. Təxminən 20 ildən sonra çap nəşrləri yox ola bilər. Bu barədə “APA-Economics”ə Varşava Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı professoru Yanuş Adamovski məlumat verib.

Jurnalistika sahəsindən danışan Y.Adamovski qeyd edib ki, hazırda bir çox ölkələrdə qəzet və jurnallar özünü doğrultmur və məhz bu səbəbdən onlar internetə inteqrasiya olunur: “Getdikcə internetlə xəbərləri oxuyan insanların sayı artır və əgər əvvəllər qəzet oxuyan insanlar gündəlik hər hansısa qəzet və ya jurnalı əldə edirdilərsə, hazırda xəbərlər onların elektron poçtlarına daxil olur. Lakin bir çox qəzet və jurnallar var ki, onların çap versiyası ilə paralel elektron variantları da mövcuddur. Ümumiyyətlə, elektron KİV çap KİV-ə neqativ təsir göstərib”.

“Təxminən 20 ildən sonra bir çox ölkələrdə çap KİV-in tamamilə yoxa çıxacağı gözlənilir”, - deyə Y.Adamovski vurğulayıb.

Polşanın tanınmış çap KİV-indən birinin redaktoru Marek Pşibelik də deyib ki, çap KİV-lərin sayı ötən illərə nisbətən azalıb: “Ümumiyyətlə, hazırda Polşada çap olunan qəzetlərin tirajı da azalıb. Əvvəllər tirajı 700 min olan qəzet hazırda yox olmaq təhlükəsi ilə üzləşib. Lakin çap KİV-lərin tamamilə yox olmasını demək olmaz. Televizor icad olanda da analoji proqnozlar verilirdi, amma gördüyümüz kimi, qəzet və jurnallar hələ də çap olunur”.

M.Pşibelik onu da bildirib ki, Polşada insanlar, ümumiyyətlə, az oxuyur və burada söhbət təkcə qəzet və jurnallardan getmir.

KİV-də reklamlardan danışan M.Pşibelik qeyd edib ki, hazırda reklam bazarı çap KİV-dən elektron KİV-ə inteqrasiya olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR