Bank Of Baku

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib - FOTO

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib  - <font color=red>FOTO</font>
# 27 may 2011 14:31 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ-dən APA-ya verilən məlumata görə, qurum sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiya 5 qəzetlə bağlı məsələyə baxıb. «Texnikabank» ACS-nin «Unikal» qəzetində gedən yazılarla bağlı müraciəti araşdırılarkən nəşr rəhbərliyinin nəzərinə çatdırılıb ki, mətbu orqan bu sayaq mövzuların təqdimatından öncə onlarda jurnalistika prinsiplərinin, xüsusən də balans prinsipinin nə dərəcədə gözlənildiyini müəyyənləşdirməlidir. Buna əməl olunmaması nəşrin tərəfli olduğu rəyini formalaşdırır. Komissiya məsələnin müzakirəsində tərəflərin nümayiş etdirdikləri mövqeni qənaətbəəxş sayıb. Qəzetin «Texnikabank» ASC-nin mövqeyini əks etdirən məktubunun dərcinə hazır olduğunu bildirməsi məsələnin həlli baxımdan məqbul qiymətləndirilib. İclasda bank təmsilçisinin mətbuatda banklarla bağlı mövzuların işıqlandırılması zamanı çoxsaylı yanlışlıqlara yol verilməsi ilə bağlı iradına da münasibət bildirilib. Qeyd olunub ki, bu kimi halların aradan qaldırılması üçün banklar fəaliyyətləri ilə bağlı cəmiyyətə mütəmadi olaraq məlumat vermələri, həmçinin bu mövzuda Mətbuat Şurası ilə birgə maarifləndirmə təşəbbüsləri həyata keçirmələri vacibdir.

Növbəti məsələnin müzakirəsi zamanı «Cənub xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənovun nəzərinə çatdırılıb ki, bu mətbu nəşrdə gedən «Lerikin təhsil başqanı» (20 mart 2011-ci il) sərlövhəli yazıda qarşı tərəfə ironik yanaşma, həmçinin onun şərəf və ləyaqəti, işgüzar nüfuzu ilə bağlı məsələnin nə dərəcədə həqiqətə uyğunluğunun digər mənbələrdən dəqiqləşdirilməməsi mətbu nəşrin etik prinsiplərin tələblərinə sayğısız yanaşması qənaətini formalaşdırmaqdadır. «Şikayətçilər Leriki silkələyir» (19 aprel 2011-ci il) sərlövhəli yazıda da balans prinsipinin tələbləri pozulub.
Daha sonra digər şikayətlər müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR