Bank Of Baku

Mətbuat Şurasında jurnalist Arzu Şirinovanın 50 illik yubileyi ilə bağlı toplantı keçirilib - FOTO

Mətbuat Şurasında jurnalist Arzu Şirinovanın 50 illik yubileyi ilə bağlı toplantı keçirilib   - <font color=red>FOTO</font>
# 27 may 2011 14:52 (UTC +04:00)
Bakı-APA. Mətbuat Şurasında jurnalist, «Xalq cəbhəsi» qəzetinin redaktoru Arzu Şirinovanın 50 yaşı qeyd olunub. Şuradan APA-ya verilən məlumata görə, tədbirdə, həmçinin yubilyarın yenicə işıq üzü görmüş «Cənnətin işğalı» kitabının təqdimatı keçirilib. MŞ sədri Əflatun Amaşov Arzu Şirinovanın həyat və yaradıcılığından danışıb. Jurnalistin milli ədəbiyyatın zirvələrindən sayılan Əli Vəliyevin nəvəsi olduğunu vurğulayan Ə.Amaşov deyib ki, «Cənnətin işğalı» kitabı haqqında da danışıb: “Hər bir jurnalistə nəşri dərindən mütaliə etməyi tövsiyə edərdim. Çünki orada sözə-sənətə misilsiz məsuliyyət nümunələri toplaşıb”.
Ə.Amaşov jurnalisti rəhbərlik etdiyi qurumun adından təbrik edərək ona MŞ-nin diplomunu və tər çiçəklər təqdim edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli çıxışında A. Şirinovanın mənalı həyat yolu keçdiyini deyib.
MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas A. Şirinovanın yüksək peşəkarlığı əks etdirən layiqli qələm sahibi olduğunu vurğulayıb.
İctimai Televiziyanın departament direktoru Anar Yusifoğlu çıxışında A. Şirinovanın jurnalistlik fəaliyyətinin çoxşaxəli olduğunu, «Cənnətin işğalı» kitabında onun yaradıcılığının son iki-üç ildəki məhsullarının toplandığını bildirib.
MŞ İdarə Heyətinin üzvü, “Azəri-Press” İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı yubilyarla «Xalq cəbhəsi» qəzetində birgə işlədiyi vaxtlardan söhbət açıb: «Arzu xanım 30 ildir ki, yaradıcılıq yollarında inamla addımlayır”.
Sonda çıxış edən A. Şirinova yaradıcılığına verdikləri dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR