Bank Of Baku

Azərbaycan futbol jurnalistlərinin iştirakı ilə dəyirmi masa keçirilib - FOTOSESSİYA

Azərbaycan futbol jurnalistlərinin iştirakı ilə dəyirmi masa keçirilib -  <font color=red>FOTOSESSİYA</font>
# 31 may 2011 11:14 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan futbolunun 100 illiyinə həsr olunan toplantı MŞ-nin Bakı Futbol Federasiyası ilə birgə həyata keçirilən tədbirlər çərçivəsində baş tutub. Kütləvi informasiya vasitələrində idman, xüsusən də futbol sahəsində çalışan jurnalistlərlə yanaşı, veteran mətbuat nümayəndələrinin, tanınmış futbol şərhçilərinin, nüfuzlu media orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov futbolun inkişafında, tamaşaçılara çatdırılmasında, nüfuz, şan-şöhrət qazanmasında jurnalistlərin əməyinin danılmaz olduğunu bildirib.

Mərasimdə qocaman qələm sahiblərinə, hazırda idman jurnalistikasında çalışan mətbuat işçilərinə, həmçinin Mətbuat Şurası ilə Bakı Futbol Federasiyasının təşəbbüsü ilə Azərbaycan futbolunun 100 illiyinə həsr olunan futbol yarışında fərqlənən mətbuat nümayəndələrinə, ümumilikdə 33 nəfərə fəxri diplom və AFFA-nın hədiyyələri təqdim olunub.

Təltif olunanlar arasında APA-nın baş direktorunun 1-ci müavini Nurşən Quliyev və “Lent.az” İnformasiya Agentliyinin əməkdaşı Elşən Məmmədov da var.

Qeyd edək ki, Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş birgə tədbirləri çərçivəsində indiyədək jurnalistlərin ölkə polislərindən və Milli Məclisin deputatlarından ibarət heyətlərlə iki futbol matçı baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR