Bank Of Baku

“Media dördüncü hakimiyyət rolunda” layihəsi çərçivəsində ailə zorakılığı ilə bağlı ictimai müzakirə keçirilib

“Media dördüncü hakimiyyət rolunda” layihəsi çərçivəsində ailə zorakılığı ilə bağlı ictimai müzakirə keçirilib
# 02 iyun 2011 13:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Media dördüncü hakimiyyət rolunda” jurnalist araşdırması layihəsi çərçivəsində ailə zorakılığı ilə bağlı ictimai müzakirə keçirilib.
APA-nın məlumatına görə, layihənin koordinatoru Seymur Kazımov mövzunun hazırkı dövr üçün əhəmiyyətindən danışaraq, bu mövzuda jurnalist Pərviz Abubəkirov tərəfindən filmin çəkildiyini deyib. Jurnalist Pərviz Abubəkirov 40 dəqiqəlik filmdə əsas diqqətin problemin həllinə yönəldildiyini söyləyib: “Cəmiyyətdə ailə zorakılığı ilə bağlı faktlara əsaslanan sənədli filmin ərsəyə gətirilməsi məqsədi ilə il ərzində öz müşahidələrimizi aparmışıq”.
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bu kimi filmlərin çəkilişinə ehtiyac olduğunu deyib: “2010-cu il ərzində 109 qadın həyat yoldaşı tərəfindən qətlə yetirilib, 62 qadına isə xəsarət yetirilib. Kişilərin isə 41-i qətlə yetirilib, 42-nə xəsarət vurulub. Hadisələr əsasən qısqanclıq və mülki problemlərin həlli zəminində baş verib”. O, profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə ölkə ərazisində bölgələr üzrə krizis mərkəzlərinin göstərilməsinin əhəmiyyətini də vurğulayıb.

Daha sonra keçmiş polis əməkdaşı Şəmsəddin Əliyev, ekspert Azad İsazadə çıxış edib. Sonda film nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR