Bank Of Baku

Azərbaycan telekanallarında ədəbi dil normalarının qorunması ilə bağlı aparılan monitorinqlərin bir hissəsi yekunlaşıb

Azərbaycan telekanallarında ədəbi dil normalarının qorunması ilə bağlı aparılan monitorinqlərin bir hissəsi yekunlaşıb
# 06 iyun 2011 09:01 (UTC +04:00)
Bu barədə APA-ya MTRŞ-nın ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin rəhbəri Təvəkkül Dadaşov bildirib.

Onun sözlərinə görə, may ayından başlayan monitorinqləri Dilçilik İnstitutunun iki əməkdaşı həyata keçirir: “İki ay yarım davam edəcək monitorinqlər zamanı xəbərlər, şou proqramlarda ədəbi dil normalarının qorunması, filmlərin və xarici verilişlərin dublyajının dili, efirdə ləhcələrdən və kobud sözlərdən istifadə, aparıcıların diksiyası, efirdəki reklamların dili ilə bağlı araşdırmalar aparılacaq”.

T. Dadaşovun sözlərinə görə, artıq xəbərlər proqramları ilə bağlı araşdırmalar yekunlaşıb. Monitorinqin nəticələri yaxın günlərdə açıqlanacaq.

Hazırda şou proqramlarla bağlı monitorinqlər başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR