Bank Of Baku

Azərbaycanda daha bir jurnalist vəfat edib

Azərbaycanda daha bir jurnalist vəfat edib
# 06 iyun 2011 09:50 (UTC +04:00)
Türkiyəyə müayinə üçün gedən jurnalist Ankara şəhərindəki “Ürək Mərkəzi”ndə əməliyyat edilib. Lakin əməliyyatdan üç gün keçsə də, o, ayılmayıb və dünyasını dəyişib.

Mərhumun nəşi Türkiyədən Bakıya bu gün gətiriləcək və Şüvəlan qəbiristanlığında dəfn ediləcək.

Mərhumun üç mərasimi iyunun 7-də “Nizami, 93” (“Nizami” kinoteatrının yaxınlığı) ünvanında keçiriləcək.

M. Əbülfətqızı 1962-ci ildə anadan olub. 1982-87-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində təhsil alıb. “7 gün”, “Xalq” qəzetlərində çalışıb. O, son illərdə jurnalistikadan kənar sahədə fəaliyyət göstərirdi.

Qeyd edək ki, “Proqnoz” qəzetinin baş redaktoru Süleyman Osmanoğlu da iyunun 5-də vəfat edib.

Allah rəhmət eləsin!
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR