Bank Of Baku

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elan etdiyi yazı müsabiqəsinə yekun vurulub

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elan etdiyi yazı müsabiqəsinə yekun vurulub
# 06 iyun 2011 15:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin jurnalistlər arasında elan etdiyi yazı müsabiqəsinə yekun vurulub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” layihəsi çərçivəsində keçirilmiş müsabiqəyə 5 istiqamət üzrə 67 yazı daxil olub. Onlardan 15-i qalib hesab edilib (hər istiqamət üzrə 3 qalib - I, II, II yer). Bundan əlavə, hər istiqamət üzrə qaliblər sırasına düşməyən, lakin yüksək bal toplayan yazı müəllifləri həvəsləndirici mükafata təqdim olunub.

Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev qaliblərə uğurlar arzulayıb. Daha sonra qaliblərə mükafatlar təqdim olunub.

ETSN mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib ki, müsabiqəyə təqdim olunan yazıların sayı ötən illə müqayisədə artıb. Nazirliyin jurnalistlər üçün təşkil etdiyi ekologiya məktəbinin də bunda rolu olub. İ. İbrahimovanın sözlərinə görə, müsabiqədə daha çox müraciət olunmuş mövzulardan biri də maldarlığın inkişafının ətraf mühitə təsiridir. Bu sahəyə nazirliyin daha çox diqqət yetirdiyini diqqətə çatdıran İ. İbrahimova, həmin sahə üzrə təqdim olunan yazıların ayrıca mükafatlandırıldığını vurğulayıb. Həmin yazıların müəllifləri nazir Hüseyn Bağırovun əmri ilə onun maaşından ayrılan vəsait hesabına mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR