Bank Of Baku

Azərbaycanda KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı növbəti müsabiqə elan edilib

Azərbaycanda KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı növbəti müsabiqə elan edilib
# 06 iyun 2011 16:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2011-ci ilin ikinci yarımili üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. Bu barədə APA-ya Fonddan məlumat verilib. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında 19 istiqamət üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınıb.

Müsabiqədə elan olunan günədək son 1 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 1500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər, həmçinin son 1 ildə müntəzəm olaraq ayda 1 dəfə nəşr olunan, tirajı 500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 300 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan jurnallar iştirak edə bilər.

Hər layihə üçün maksimum məbləğ 40 min manat müəyyən edilib.

Sənədlər iyunun 7-dən 25-dək Fondun ofisində qəbul olunacaq, nəticələr isə iyunun 30-dək elan ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR