Bank Of Baku

ATƏT-in təşəbbüsü ilə Vilnüsdə jurnalist təhlükəsizliyinin vəziyyətinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

ATƏT-in təşəbbüsü ilə Vilnüsdə jurnalist təhlükəsizliyinin vəziyyətinə həsr olunmuş beynəlxalq konfrans keçirilir
# 07 iyun 2011 10:27 (UTC +04:00)
Bakı-APA. Bu gün Litvanın paytaxtı Vilnüsdə ATƏT-in təşəbbüsü ilə quruma üzv ölkələrdə jurnalist təhlükəsizliyinin vəziyyətinə həsr olunmuş iki günlük beynəlxalq konfrans başlayıb. Mətbuat Şurasından (MŞ) APA-ya verilən məlumata görə, tədbirdə şuranın sədri Əflatun Amaşov da iştirak edir. Konfransda söz və mətbuat azadlığının durumuna nəzər salınacaq, jurnalist təhlükəsizliyinə maneə törədən faktlar barədə diskussiyalar gedəcək, mövcud istiqamətdə yerli hakimiyyət orqanlarının və jurnalist təşkilatlarının üzərinə düşən missiya ətraflı müzakirə olunacaq. Toplantıda, həmçinin ATƏT-ə üzv ölkələrdə media qanunvericiliyinin vəziyyətinə, məhkəmə sisteminin media ilə əlaqədar proseslərə baxma təcrübəsinə, vətəndaş cəmiyyətinin jurnalist təhlükəsizliyinə töhfəsinə dair fikir mübadilələrinin aparılması nəzərdə tutulur.
Konfrans çərçivəsində bu gün eyni zamanda Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Tomas Hammerberqin və ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviçin təşəbbüsü ilə əlavə toplantının da təşkili planlaşdırılır.

Qeyd edək ki, beynəlxalq konfransda Azərbaycandan MŞ sədri Ə. Amaşovla yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı və Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov da iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR