Ombudsman “İnformasiya əldə etmək azadlığı” mövzusunda məsləhətləşmə keçirib
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, informasiya sahibləri olan 32 dövlət orqanının mətbuat xidmətləri rəhbərlərinin və digər müvafiq strukturları təmsilçilərinin iştirak etdiyi tədbirdə Müvəkkilə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə nəzarətin həyata keçirilməsi üzrə verilən səlahiyyətlər, məlumat almaq hüququnun qanunvericilik əsasları, qanunun gerçəkləşdirilməsi prosesində dövlət qurumlarının rolu müzakirə olunub.
Ombudsman ölkə Konstitusiyasında təsbit olunmuş hər kəsin istədiyi məlumatı qa¬nu¬ni yol¬la ax¬tar¬maq, əl¬də et¬mək, ötür¬mək, ha¬zır¬la¬maq və yay¬maq azad¬lı¬ğı olduğunu vurğulamış, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun təkcə jurnalistlərə, KİV nümayəndələrinə deyil, eyni zamanda hər bir vətəndaşa şamil olunduğunu bildirib. O, müzakirə olunan məsələ ilə bağlı Aparatda yaradılacaq yeni şöbə və onun təklif olunmuş struktur bölmələri barədə məlumat verib, buraya hüquqşünaslarla yanaşı, informasiya işini bilən mütəxəssislərin də cəlb olunacağını vurğulayıb.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “İnformasiya əldə etmək haqqında” qanunda informasiya sahiblərinin üzərinə qoyulmuş vəzifələr və bununla bağlı “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun xüsusiyyətləri barədə danışıb.
İqtisadi İnkişaf Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri A.Əliyev təmsil etdiyi qurumun fəaliyyəti, KİV və ictimaiyyətlə əməkdaşlığı, informasiya sorğularının cavablandırılması sahəsində təcrübəsi, nazirlikdə yaradılmış internet resursları, elektron portallar və sənəd dövriyyəsi, qaynar xətlər barədə məlumat verib.
Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri B.Hüseynzadə informasiya sahibləri olan dövlət qurumlarına ictimai əhəmiyyətli sorğuların ünvanlanmasının, bu sorğuların obyektiv və operativ cavablandırılmasının zəruriliyini önə çəkib. O, adı çəkilən qanunun tələblərinə uyğun olaraq, təmsil etdiyi dövlət qurumunda artıq dörd ildir ki, informasiya məsələləri üzrə ayrıca şəxsin müəyyən edildiyini diqqətə çatdırıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri E.Poluxov təmsilçisi olduğu dövlət qurumunun Ombudsmanla səmərəli əməkdaşlıq əlaqələrini qeyd edib. O, nazirlikdə göstərilən informasiya xidməti ilə bağlı yaradılmış müvafiq struktur bölmələrinin fəaliyyəti barədə danışıb.
Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov hər bir fərdin, o cümlədən KİV nümayəndələrinin informasiya almaq hüququna malik olduğunu söyləyib, Ombudsmanın keçirdiyi silsilə məsləhətləşmələrin əhəmiyyətini qeyd edib. O, dövlət qurumları mətbuat xidmətlərinin dövlətlə KİV, habelə geniş ictimaiyyət arasında əlaqələr yaratdığını diqqətə çatdırıb. O, informasiya sahibləri olan dövlət orqanlarının müvafiq informasiya strukturlarının işinin, həmçinin elektron resurslarının daha da təkmilləşdirilməsinin vacibliyini qeyd edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri C.Qocayev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi mətbuat xidmətinin rəhbəri E.Mirzəyev, Satınalmalar üzrə Dövlət Agentliyinin məsul əməkdaşı E.Səmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbuat xidmətinin rəhbəri A.Əliyev, Müəllif Hüquqları üzrə Dövlət Agentliyi Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin müdiri N.İsayev, Dövlət Statistika Komitəsi Statistik məlumatlar şöbəsinin əməkdaşı A.Əhmədli və digərləri çıxışlarında bu qanunun qəbul edilməsinin mühüm addım olduğunu vurğulayıb, qeyd olunan səlahiyyətlərin Ombudsmana verilməsini müsbət dəyərləndiriblər.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB