Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Bu il Azərbaycanda 20-dək teleradio şirkətinin lisenziyasının uzadılması məsələsinə baxılacaq”

Nuşirəvan Məhərrəmli: “Bu il Azərbaycanda 20-dək teleradio şirkətinin lisenziyasının uzadılması məsələsinə baxılacaq”
# 08 iyun 2011 09:58 (UTC +04:00)
Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, bunların arasında ölkə üzrə yayımlanan televiziya və radio yayımçıları, kabel və regional televiziyalar var.

Artıq bir neçə şirkət lisenziyanın uzadılması ilə bağlı sənədlərini MTRŞ-ya təqdim edib. Bunlar “Neptun”, “CATV”, “Faraon 1” kabel televiziyaları, “AzTV” QSC, “Kəpəz” televiziyası və “Burc FM” radiosudur: “İyul ayının sonundan sentyabra qədər onların lisenziya müddətinin uzadılması məsələsinə baxılacaq. Qabaqcadan hazırlıq iclasları və həmin kanallara baxışlar da keçiriləcək. Bundan sonra qərar veriləcək”.

N. Məhərrəmli bildirib ki, hazırlıq iclaslarında MTRŞ-nın teleradio yayımı üçün hazırladığı yeni lisenziya qaydaları da müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR