Bank Of Baku

“İRƏLİ” İctimai Birliyi “Media Akademiya -2” layihəsinə start verib - FOTO

“İRƏLİ” İctimai Birliyi “Media Akademiya -2” layihəsinə start verib - <font color=red>FOTO</font>
# 08 iyun 2011 14:32 (UTC +04:00)
Bakı-APA. “İRƏLİ” İctimai Birliyi “Media Akademiya -2” layihəsinə start verib. İctimai Birliyin mətbuat katibi Vəfa Rüstəmovanın APA-ya verdiyi məlumata görə, akademiyada ilk dərs günündə gənclərə “Diskriminasiya və diskriminativ ünsürləri necə təyin etməli?” mövzusunda treninq keçilib. “Peşəkar radio aparıcısı necə olmalıdır?” mövzusunda gənc jurnalistlərlə diskussiya aparılıb. Daha sonra İstanbul Universitetinin jurnalistika fakültəsinin doktorantura məzunu, fəlsəfə elmləri doktoru Vəfalı Ənsərov isə gənclərə xəbər anlayışı haqqında danışıb.
Qeyd olunub ki, “Media Akademiya -2” alternativ jurnalistika – peşə kursu formatında fəaliyyət göstərir. Akademiyanın tərkibində fəaliyyət göstərən “Radio”da, “İRƏLİ Prodakşn”da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək, ölkənin öndə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında staj keçmək, jurnalistikanın bütün sirrlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər.
"Media Akademiya - 2” layihəsi çərçivəsində ABŞ-ın bir sıra nüfuzlu tədris müəssisələrinin professor və müəllim heyəti ilə sistematik olaraq, interaktiv mühazirə və treninqlərin keçirilməsinə dair razılıq əldə olunub. Kursa qəbul olunan tələbələr 3 ay müddətində dünya şöhrətli müəllimlərdən dərs almaq imkanına malik olacaqlar.

Layihənin yerli tərəfdaşları arasında APA İnformasiya Agentliyi də var.

Xatırladaq ki, “Media Akademiya-1” layihəsi 2010-cu il iyun ayından noyabra qədər davam edib. Kursda 35 tələbə iştirak edib, ən yüksək nəticə göstərmiş 5 tələbə isə fərqlənmə diplomu ilə mükafatlandırılıb. Kurs müddətində Azərbaycan mətbuatının ən tanınmış simaları, siyasətçilər, idmançılar, mədəniyyət və incəsənət xadimləri gənc jurnalistlərlə görüşüb, onlarla təcrübələrini bölüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR