Bank Of Baku

ATƏT-in təşəbbüsü ilə Vilnüsdə keçirilən jurnalist təhlükəsizliyinin vəziyyətinə həsr olunmuş beynəlxalq konfrans başa çatıb

ATƏT-in təşəbbüsü ilə Vilnüsdə keçirilən jurnalist təhlükəsizliyinin vəziyyətinə həsr olunmuş beynəlxalq konfrans başa çatıb
# 09 iyun 2011 12:45 (UTC +04:00)
Bakı-APA. İyunun 7-8-də Litvanın paytaxtı Vilnüsə ATƏT-in təşəbbüsü ilə quruma üzv ölkələrdə jurnalist təhlükəsizliyinin vəziyyətinə dair keçirilən beynəlxalq konfrans başa çatıb. Mətbuat Şurasından (MŞ) APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycandan MŞ sədri Əflatun Amaşov, Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı və Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov iştirak edib. MŞ sədri Ə.Amaşov konfransdakı çıxışında rəhbərlik etdiyi qurumun media-hakimiyyət, media-ictimaiyyət münasibətlərinin tənzimlənməsindəki rolundan danışıb. Şuranın əsas missiyasının cəmiyyətin müxtəlif təbəqələrindən daxil olan şikayətlərin araşdırılması olduğunu deyən Ə.Amaşov jurnalist təhlükəsizliyi məsələsini önəmli cəhət kimi vurğulayıb.
Konfransda ATƏT-ə üzv ölkələrdə söz və mətbuat azadlığının durumuna nəzər salınıb, jurnalist təhlükəsizliyinə maneə törədən faktlar barədə diskussiyalar gedib, mövcud istiqamətdə yerli hakimiyyət orqanlarının və jurnalist təşkilatlarının üzərinə düşən missiya ətraflı müzakirə olunub. Toplantıda habelə media qanunvericiliyinin vəziyyətinə, məhkəmə sisteminin media ilə əlaqədar proseslərə baxma təcrübəsinə dair fikir mübadilələri aparılıb.

Konfrans çərçivəsində eyni zamanda Avropa Şurasının İnsan haqları üzrə komissarı Tomas Hammerberqin və ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin təşəbbüsü ilə əlavə toplantı da təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR