Bank Of Baku

Kişinyovda medianın özünütənzimləməsinə dair beynəlxalq konfrans keçirilir

Kişinyovda medianın özünütənzimləməsinə dair beynəlxalq konfrans keçirilir
# 09 iyun 2011 13:41 (UTC +04:00)
Bakı-APA. Bu gün Moldovanın paytaxtı Kişinyovda Avropa Şurası və Avropa Birliyinin birgə təşəbbüsü ilə medianın özünütənzimləməsinə dair iki günlük beynəlxalq konfrans işə başlayıb. Bu barədə APA-ya Mətbuat Şurasından (MŞ) bildirilib. Tədbirdə MŞ sədri Əflatun Amaşov da iştirak edir. Konfrans barədə məlumat verən Əflatun Amaşov bildirib ki, tədbirdə əsasən mətbuat şuralarının özünütənzimləmədəki rolu ətrafında fikir mübadilələri aparılır. Bu baxımdan peşə davranışı qaydalarının roluna da nəzər salınır.

Rusiya, Ukrayna, Moldova, eləcə də Qərbi Avropa ölkələrindən də nüfuzlu media ekspertlərinin qatıldıqları toplantının təşkilində prioritet vəzifələrdən biri regional miqyasda media qurumlarının fəaliyyətinin əlaqələndirilməsinin təşkilinə dəstək göstərməkdir. Bu baxımdan konfransın proqramına vahid koordinasiya mərkəzinin yaradılması ətrafında müzakirələrin aparılması da daxil edilib. Tədbirdə həmçinin sosial şəbəkələr və onların ictimai tənzimlənməsi ilə bağlı fikir mübadilələrinin aparılması da nəzərdə tutulur. Beynəlxalq konfransda MŞ sədri Ə. Amaşovla yanaşı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR